пятница, 19 апреля 2013 г.

Nuh Gəmisi Əfsanəsi


UTNAPİŞTİ GƏMİSİ


Şumer mifologiyasında göy tanrısı Anum hesab edilirdi. Onun oğlu Enlil (yerüzü tanrısı) atasının taxtına çıxdıqdan sonra yerüzündə insanların çoxaldığını (səs saldığını) görür və onları məhv etmək üçün Yerə tufan göndərir. Ea (su tanrısı) Utnapişti adlı rahibə bu xəbəri çatdırır və ondan bir gəmi düzəltməsini xahiş edir. Utnapişti tufandan sağ çıxa bilmələri üçün gəmi düzəldəcəyinə söz verir. O həmçinin Şurrapak ərazisinin kralı hesab olunurdu. Gəmi hazırlanır və dərhal tufan başlanır. Tufan çox dəhşətli olur, hətta bəzi tanrılar belə qorxudan ağlamalı olurlar. 6 gün 6 gecə tufan davam edir, 7ci gün isə dayanır. Gəmi Nisir dağının başına oturur. Utnapişti gəmidə sağ qala bilir və tanrılardan ölümsüzlük mükafatı alaraq, Dilmuna (tanrıların dərgahı, cənnət) yerləşdirilir.

NUH GƏMİSİ


Səmavi dinlərdə Allah kafirlərə qəzəblənir və onları məhv etmək üçün Yerə tufan göndərir, Nuh peyğəmbərə isə bir gəmi düzəltməsini və oraya hər canlıdan biri erkək digəri dişi olmaqla yerləşdirməsini əmr edir. Gəmi hazırlanır və sel başladıqda tərpənir. Nuhun oğlundan başqa digər qohumları da bu gəmidə olur. Sel qurtardıqda gəmi Cudi dağı üzərinə oturur və canlılar seldən xilas olurlar. Nuh 40 yaşında peyğəmbər olmağa layiq görülür və 950 il həyat yaşayır.

1 комментарий:

  1. Nuhun tufanı haqqında! 1) Bibliyada yazıldığına görə daşqın 40 gün,40 gecə davam etdi.Su bütün yer üzünü basdı.Ən hündür dağlar belə su altında qaldı və su bu dağlardan da 15 qulac (1 qulac=45 sm,qədim ölçü vahidi) yuxarı qalxdı. Sonra su Yer üzündə 110 sutka qaldı,bundan sonra çəkilməyə başladı.

    2)Nuhun düzəltdiyi gəminin ölçüləri Bibliyaya görə: uzunluğu 300 qulac,eni 50 qulac,hündürlüyü isə 30 qulac.Gəminin üç mərtəbəsi varmış.

    1-ci sual: suyun Yer kürəsinin ən uca dağlarından da 15 qulac yuxarı qalxa biləcəyi yağış mümkündürmü?
    2-ci sual: verilən ölçülərdəki gəmiyə Yer üzərindəki bütün canlılardan bir cüt olmaqla sığışardımı?

    1-ci sualın hesabatı:

    Yer kürəsini örtən su hara qeyb oldu? Yəqin ki, bir hissəsi yerə hopdu,bir hissəsi okean və dənizlərdə qaldı,bir hissəsi də buxarlanıb atmosferə çəkildi. Daşqın isə nə yeraltı sulardan,nə də okean suyundan yarana bilməzdi,çünki bu sular indi də var və heç bir daşqın törətmirlər. Deməli daşqın atmosferdəki su buxarından əmələ gələn yağışdan ola bilərdi. İndi hesablayaq. Meteorologiya sübut edir ki, 1 kv metr yer sahəsi üzərində yüksələn hava sütununda orta hesabla 16 kq su buxarı vardır və bunun maksimum miqdarı heç vaxt 25 kq-dan çox ola bilməz. İndi hesablayaq görək,əgər bu buxar yağış olub Yerə tökülsə hansı hündürlükdə su qatı alınar. Biz həm də maksimum variantı-25kq götürürük. 25 kq su 25 000 kub sm həcm tutur. 1 kv metr sahə isə 10 000 kv sm-dir. Deməli, 10 000 kv sm sahə üzərindəki 25 000 kub sm su bu sahəyə yağsa 25 000kub sm:10 000kv sm=2,5 sm qalınlığında su təbəqəsi əmələ gələr.Deməli,su 2,5sm-dən yuxarı qalxa bilməzdi,çünki atmosferdə daha su qalmayıb. Həm də bu 2,5 sm lik hündürlük o vaxt ola bilərdi ki,yağıntı vaxtı yerə hopma olmasın. Everest dağının hündürlüyü 8884 metrdir.Deməli Bibliyada su qatının qalınlığı nə az,nə çox,təqribən 360 000 dəfə artırılıb.

    2-ci sualın hesabatı:

    Gəminin ölçülərinə görə yaşayış sahəsini hesablayaq.
    300 qulac = 300 x 0,45m=135m
    50 qulac =50 x 0,45 m=22,5m
    Döşəmənin sahəsi:135 x 22,5= 3040kv metr.
    Gəmi üçmərtəbəli olduğu üçün tam yaşayış sahəsi 3 x 3040 kv m=9120 kv metr olar.
    Biologiyadan məlumdur ki,Yer üzündə təkcə məməli heyvanların 3500 -ə qədər növü yaşayır. Deməli hər məməliyə orta hesabla 9120 kv m : 3500= 2,6 kv m yaşayış sahəsi düşür. Əgər Nuhun öz ailəsini,özləri və heyvanlar üçün yemək ehtiyatını yerləşdirmək üçün lazım olan sahəni də nəzərə alsaq gəmidə bir az da darısqallıq olacaq.Biz təkcə məməliləri hesabladıq. Axı Yer üzündə başqa canlı növləri də mövcuddur. Məsələn quşların 13 000, sürünənlərin 3500 növü mövcuddur. Biz hələ,hörmüçəkkimilər,həşəratlar,suda-quruda yaşayanları hesaba salmırıq. Bütün bunlar hesablansa Nuhun gəmisi 4-5 aylıq yem ehtiyatı olan nəhəng bir zoologiya parkı olmalı idi.Hər halda verilən ölçülərdə Nuhun gəmisi Bibliyada göstərilən məqsəd üçün çox-çox kicikdir. Daşqın olubsa da belə,bu ancaq şişirdilmiş rəvayətə rəvac verən məhəlli-lokal xarakterli bir hadisə olub.Hadisələri şişirtmək isə Nuhun dövründən bu günkü günə qədər insan xarakterində həmişə olub.

    ОтветитьУдалить