понедельник, 4 ноября 2013 г.

Dindarlara Suallar



İndiyə qədər inanclılar, yaradılışçılar bizlərə suallar verdi, anladıqları qədər izah etməyə çalışdıq. Bir az da biz onları sual atəşinə tutaq.

İlk əvvəl, təkamülə qarşı çıxanlar bir aydınlıq gətirsinlər. Bütün canlıları allahın bir anda, həm də bu gün gördüyümüz kimi yaratdığını iddia edirsiz.

1. Allah niyə bu qədər vaxt gözlədi?

Allah nəyə görə kainatı 13 milyard il əvvəl, bizim planeti 5 milyard il əvvəl, Yerdəki həyatı isə 3,7 milyard il əvvəl yaratdı? Nəyi gözləyirdi? Allahın sevimli peyğəmbəri Məhəmməd 1400 il əvvəl peyda oldu. Bu qədər gözləməyə səbəb nə idi? Bu, kainat yarandığından bəri keçən müddətin 0,00001%-dir. İnsanın əcdadları 400 min il əvvəl alətlər hazırlamağa başladı. Adəmin həmin dövrdə "pırt" deyib yaradıldığını iddia edən yaradılışçılar, niyə Homo sapiens (biz) yaşamadıqda Homo erectusun yaşadığını və ya Homo erectusun axreoloji qeydlərdən silindiyi dövrdə niyə anidən (təbii ki tədricən) Homo sapiensin ortaya çıxmasına elmi əsaslı cavab versinlər. Təbii seçmədən anlayışları olmadığından bu mövzu haqda bir çox əfsanələr uydururlar.

2. Allah oksigen yarada bilir?

Allah insanların və digər oksigen tənəffüs edən canlıların yaşaya bilməsi üçün niyə əvvəldən atmosferi oksigenlə dolu yaratmadı? Elmə məlumdur ki, oksigeni ilk yaradan sianobakteriyalar və digər yosunlar olmuşdur, onlar karbon qazı tənəffüs edərək oksigen istehsal etməyə başlamışdırlar. Bu hadisədən sonra canlıların təkamül sürəti artmış və bir çox yeni növlər peyda olmuşdurlar. Allah bir başa oksigen yarada bilmirdi? Kainatı "ol" deyib yaradan  Allah oksigen qarşısında aciz qaldı?

3. Allah niyə canlıları sadədən mürəkkəb inkişaflara doğru yaradır?

Allah niyə 4 milyard il əvəl prokariotları, 3 milyard il əvvəl fotosintez edə bilən təkhüceyrəli bakteriyaları, 2 milyard il əvvəl eukariotları, 1 milyard il əvvəl çoxhüceyrəliləri, 600 milyon il əvvəl primitiv ilk heyvanları, 570 milyon il əvvəl hörümçəkləri, çanaqlıları və buğumayaqlıları, 550 milyon il əvvəl inkişaf etmiş heyvanları, 500 milyon il əvvəl balıq və ilk amfibiyaları, 475 milyon il əvvəl quru bitkilərini, 400 milyon il əvvəl toxumlu bitkiləri,  360 milyon il əvvəl inkişaf etmiş amfibiyaları, 300 milyon il əvvəl sürünənləri,  200 milyon il əvvəl məməliləri, 150 milyon il əvvəl quşları, 130 milyon il əvvəl çiçəkli bitkiləri, 2,5 milyon il əvvəl ilk insanbənzəri meymunları, 200 min il əvvəl müasir insanlara çox oxşayan insanları yaratdı? Arxeologiya və paleontologiya elm sahələri bu ardıcıllqların həqiqi olduğunu təsdiqləmişdir. Canlıların DNT-lərinə baxdıqda yenə bu ardıcıllığı görürük. Yəni fosil qeydləri ilə birlikdə Genetika elmi də bunu təsdiqləyir. Niyə Allah, bizi təkamüllə çaşdıraraq, bütün canlıları mərhələlərlə, sadədən mürəkkəbə doğru yaratdı? Biz ki, cənnət bağında saf torpaqdan bir saniyənin içində yaradılmışdıq?! Niyə kərtənkələdə olan genlər məndə də var? Niyə şam ağacı ilə də oxşar genetik məlumatlarımız var? Və niyə insana genetik baxımdan ən yaxın növlər ardıcıllqla Şimpanze, Qorilla, Oranqutan və digər primatlardır? Yəni bütün canlılarla oxşar genetik məlumatmız varsa belə, niyə daha çox meymun dəstəsindən olan növlər bizə daha yaxındır? (bioloq olan biri onsuz da bilməlidir ki biologiyada insan meymunlar dəstəsinə daxildir)

4. Allah niyə yaratdığı növlərin nəslini kəsir?

Allah mezozavr kimi növləri niyə yaratdı və niyə sonra birdən yox etmək qərarına gəldi? Niyə dinozavrlar, mamontlar kimi canlılar təbiət tarixində qaldılar? (niyə timsahlar, quşlar dinozavrlara və fillər də genetik baxımdan mamontlara yaxındır sualı da sizi düşündürsün) Niyə indiyəcən yaşamış canlı növlərinin 95% bu gün yaşamır və ya niyə nəslləri kəsilib? Allah yox edəcəkdisə niyə yaratdı?

5. Allah bizə yaxın olan Neandertallardan niyə üz döndərdi?

Bizə həm genetik, həm də morfoloji baxımdan oxşayan, bizim kimi alətlər yaratmağa qadir olan, şəkillər çəkən, danışa bilən, yəni bizə yaşamiş bütün növlər arasında ən yaxını olan Neandertallar niyə yer üzündən silindi? 25 min il əvvəl səhnədə biz tək qaldıq, onların nəsli kəsildi? Onlar qalsaydı onlara da bizim kimi dinlər göndəriləcəkdi? Namaz qılmaları, kilsəyə, sinaqoqa getmələri yuxarılardan tələb ediləcəkdi? Alimlər çox yaxşı bilirlər ki onlar bizimlə eyni növ deyillər, çünki bir çox kiçik fərqlərimiz də var. Yaxşı, əgər Adəm bizim ilk əcdadımızdırsa, onların da əcdadı hesab olunur? Axı onlar da bizim kimi sosial növ idi? Onlar indi hardadırlar, cənnətdə ya cəhənnəmdə? 

6. Niyə canlılar bir-birini yeyir?

Allahın yaratdığı canlılar niyə bir-birini yeyir? Ceyranın yaradılışına əgər səbəb Allahın qüdrətidirsə, elə isə onu parçalayan pələngin yaradılışına səbəb nədir? Niyə balıqlar yumurta qoyduqda onların 90% tam inkişaf etmədən suda digər növlər tərəfindən yeyilir? Zəif kiçik serçə balası niyə pişiklər tərəfindən yeyilir? Balans olsun deyə? Hah. Pələng üçün hər şeyə qadir olan Allah fərqli qida rasionu yarada bilərdi. Beləcə gənc ceyran balaları dişlər arasında keçməzdi. Bəs niyə bu mərhəmətli Allah bu qədər qəddar qərarlar verəsi oldu?

12 комментариев:

  1. hec kim ALLAHin iwine qariwa bilmez.. bu fikir weytan emelidi

    ОтветитьУдалить
  2. Bu ne suallardi verirsen.. sen polnu ALLAHin iwine qariwirsan eger suallariva cavab axtarirsansw gir bir mescide sene bawa salsinlar meselen gel Yeni Gunəşliyə seni hele bawa salarlarki bir de vermeye sualin olmaz

    ОтветитьУдалить
    Ответы
    1. Qardaşm bizim fikrimiz budu mən 2 il namaz qilmşam Mene hetta exi deyrdiler Amma sonradan insan fikir aparır ki bu hanı men kime itaet edirem zad zud otur sende fikirleş biraz anlayacağsan

      Удалить
  3. Allahin ishine qarismaq olmaz temasina hele de inananlar var e,onu ona gore deyirlerki yeni sen mentiqe saibsen ve yalanlar tapirsan ve bunun cavabin dindarlar vere bilmir onda da deyirler oglun Allahin ishine qarisma

    ОтветитьУдалить
  4. Siz axi Allahdan.niye uz donderirsiz? Allahki imsanlara yalan daniwmamagi haram yememyi bawqalarinin arvadina qizina pis gozle baxmamagi orucu namazi zina etmemeyi faiz yememyi insan oldurmemyi ve saysiz gozellilleri oyredir..bunun neyi pisdiki????

    ОтветитьУдалить
  5. Qardash senin verdiyin suallarin 90%-i Darvinin nezeriyyesine soykenir. Yaxshi eger sen deyirsense insan meymunlar sinfine daxildir ve tekamul neticesinde meymun-homosapiens-neandertal-ilk agilli insan ardicilligi heqiqeten de movcuddursa, bes onda meymunu kim yaradib? Bunun cavabini tapsan yene de susmaram chun ki bunun cavabi Darvinin "Origin of species" kitabinda var. O kitabi oxu ve sonra Allahin movcudlugunu basha dusheceksen. Bunlardan evvel ise tovsiye ederdim ki Quran oxuyasan. Canlilarin bir birini yemesi meselesine gelende ise, "natural selection" nezeriyyesini oxu.

    ОтветитьУдалить
  6. Milyard il evveli merak edib, sabahini (yatib ,gozlerini cehennemin ortasinda acinca hali nece olacag?) duwunmeyen adama ateist deyerler.

    Gozleme sohbeti ise , Allah zamandan ve mekandan xaricidir , O ne yorular nede murgu vurar. Bele ki Onun ucun ferqi yoxdur , sen 1000 il yawayacagsan ve ya 1 il. Elbetde ne senin nede menim elmim yetmez Onun elmine Onun bu imkanlara sahib olmasina. Ozuvu bow-bow weylerle yorma, sabahivi duwun.Agilli insanlar hemiwe iwin yaxwi terefinide pis terefinide duwunerler. Olmadi ele oldu bele. Halin nece olacag ? duwundunmu hec ?

    Guya oksigeni birden bire yaratsaydi siz iman getirecekdiz ?)))) , oksigeni birden bire ve ya bawqa vasite ile yaratsaydi , deyecekdiz ki bunu bawqacur yarada bilerdi niye bele yaradib ))))),

    Neft olkesinde yawayib neftin neden yarandigini bilmemek ) ,

    Allah heckimden uz dondermeyib , Qurani oxu , hecbir camaata elci gelmeden mehv edilmeyib , Insanlar hecde heyvan kimi yawamayib , hami normal yawayib , sadece olarag sizi aldadiblar )) sadece olarag boylari uzun vucudlari iri ola biler , buda o demek deyil ki onlar vehwiler olub ))))

    ОтветитьУдалить
  7. Deməli belə, sual verirsinizsə cavab vermək lazımdı.
    1) Sizə görə dünya 13,7 milyard il əvvəl yarandı, bizə görə Allah dünyanı 13,7 milyard il əvvəl yaratdı və sairə. Sizə görə homo sapiens homo erektus və ya homo habilisdən gələn müasir insan, bizə görə Adəmdən gələn müasir insan. Nəticə etibarilə dünya var və fırlanır, biz nəfəs alırıq və yaşayırıq. Haradan və necə gəlməyimizi düşünməkdənsə hara və necə getməyimizi düşünürük. Hansısa yolla özünüzü üzə çıxarmaq istəyinizi başa düşürəm, elmlə belə ciddi maraqlanırsınızsa bunu niyə etdiyinizi də bilirsiniz və bu dəqiqə utanıb özünüzə gülürsünüz  bilmirsinizsə deməli mən sizin özünüz haqda sizdən çox şey bilmiş oluram ki, bu halda kainatın milyardlarla il əvvəlki vəziyyətini bildiyinizi iddia etməyiniz daha gülməlidir.
    2) Dünyanın formalaşması milyardlarla il çəkən təkamül nəticəsində baş verib və oksigenin yaranması da bu təkamülün bir mərhələsidir. Yəni hər şey bu kainatın qanunlarına uyğun baş verib. Yoxdan yaradılışın nə olduğunu bilmək istəyirsinizsə vikipediada Big Bang teoriyası ilə maraqlana bilərsiniz.
    3) Yenə də elmlə ciddi maraqlandığınızı deyirsinizsə bilməlisiniz ki, bu kainatdakı bütün maddələr xaosa meyllidir. Bu halda heç bir yüksələn xəttdən söhbət gedə bilməz. Məncə meymundan insanın təkamülü yerinə insandan meymuna doğru dəyişim ola biləcəyini düşünün. Genetik məlumatlara gəldikdə isə biz insanın cisminin palçıqdan yaradıldığından başqa bir şey dedik bəyəm? Yox demədik. Bəs əksər göy cismləri eləcə də dünya torpaqdan ibarət deyilki? Canlılardan əvvəl dünyada nə var idi? Torpaq və su. Palçığın tərkibi nədir? Ağaclar haradan yetişir? Hüceyrələrin 95% ə qədər olan hissəsini nə təşkil edir? Belə suallar haradan ağlınıza gəlir bilmirəm :D
    4) Növlərin nəsillərinin kəsilməsində sizi narahat edən şeyin nə olduğunu bilmədim amma mənə cavabı olmayan bunun üçün də mənası olmayan ərköyün bir sual kimi göründü.
    5) Neandertalları tarixçilər “icad” ediblər sizə kim dediki biz onları təstiqləyirik. Tapılan bir iki arxeoloji nümunə ilə nə tez arxayınlaşırsınız. Belə düşünün bu gün daun sindromu olan bir insanın sümüklərini 500 il sonra bir arxeoloq tapsa və 21 ci əsrin əvvəllərində yaşayan hər kəsin bu əcaib fiziki quruluşa malik olduğunu desə ona da inanacaqsınız elə deyil? Çünki o alimdir axı, deməli hər şeyi bilir.
    6) Pələnglə ceyranın işinə qarışmağınızı heç məsləhət görməzdim çünki biz insanıq və öz problemlərimiz kifayət qədərdir. Ət yeməyi vəhşilik kimi görürsünüzsə vegeterian ola bilərsiniz. Qəddarlığa qaldıqda isə insan kimi geniş bir varlğın kökünün sürünənlərdən gəldiyini deməyiniz mənə daha qəddar görünür.

    ОтветитьУдалить
  8. :) deyirsiz kainat tesadufen yaranib, yeni heckimin mudaxilesi olmadan oz-ozune oz-bawina yaranib inkiwaf edir :)))))))))) en gulmelisi ise oz-ozune ozunden qayda-qanunlar uydurub (kainat) riaet edir. ))) Ecaba bu oz-ozune inkiwaf edirse niye kainat oz-ozune tesadufen geniwlenmek evezine daralmir ???(kainatdida kimin neyne qalib , bas-getsin fason geniwlensin, daralsin gunewin yaninda 2-3 dene gunew pitdasin cixsin , ne bilim , alem qarwsinda birbirine, ne olacag ki ?, yiyesi yox birweyi yox) ), arada bir stop zad elesin , ne olub qaca-qacdi? ) , onsuzda oz bawina hereket eleyirde. Prezidentmiz demiwken belke biraz yavawdayag )))))) , hm ) kainatda bele sohbet yoxduda , ay qa harya gedersan ? ) ,

    Ozuvuzu cahilcesine necede aldadirsiz ) size heyran qaliram, Cunki siz ozunuzu duwnen adamlar adlandira-adlandira ozvuzu aldadirsiz )) necede cahil adamlarsiz )))). Edalet namine cahilcesine soruwmayin Allahi kim yaratdi deye , cavabin sizi cox meyus edecek)

    Beleki , herweye heyat veren Allaha kim heyat verebiler ki ? ))) Buyurun cavab verin.

    Sadece bu sualimi cavablandirin , herweye heyat veren Allaha kim heyat verebiler ki sorursuzda Allahi kim yaratdi deye ?

    ОтветитьУдалить
  9. bir meselenide mene izah edin baci ile qardasin usaq sahibi olmasi qadagandirsa hemin usaq haram gorulurse bes adem ve hevva ilk insan idi .habil qabil sonraki nesiller indiki cemiyyeti yaradarken oz baci qardaslarindan savayi dunyada hec kes yox idi bes nece artdilar?
    xahis normal izah edin bu suali

    ОтветитьУдалить